İçeriğe geçmek için "Enter"a basın

Suraxanıda adam öldürməyə cəhddə təqsirləndirilən qardaşların şikayəti əsasında məhkəmə başlayıb

30-06-2018

[r32]

30 İyun, 2018  17:42 xeber – Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən iki qardaş – Kamran və İmran Yusifzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmənin növbəti iclası iyulun 13-nə təyin edilib.İttiham aktına əsasən, hadisə ötən il Bakının Suraxanı rayonu ərazisində baş verib. Rayonun Hövsan qəsəbəsində, “Hövsan” marketin qarşısında yerləşən bərbərxanada qəsəbə sakini, 1990-cı il təvəllüdlü Səlimov Rəhman İlham oğlu təvəllüdlü Kamran və qardaşı İmran Yusifzadə mübahisə edib.Hər iki qardaş mübahisə nəticəsində R.Səlimovu bıçaqlayıb. Onlar R.Səlimova bir neçə bıçaq zərbəsi endiriblər.Hadisədən sonra saxlanılan qardaşlar barəsində Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Yusifzadə 13 il və qardaşı İ.Yusifzadə isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum qardaşlar apellyasiya şikayətləri veriblər.

mənbə :
Report.az

Suraxanida adam oldurmeye cehdde teqsirlendirilen qardaslarin sikayeti esasinda mehkeme baslayib