İçeriğe geçmek için "Enter"a basın

Narkotik satışına dair şok faktlar açıqlandı

30-06-2018

[r32]
2018-06-30T18:27 xeber – BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən dünya üzrə narkotik hesabatı hazırlanıb.
Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hesabatda dünyada narkotik satışının əhəmiyyətli bir qisminin artıq internet vasitəsilə həyata keçirildiyi vurğulanıb.
Hesabata görə, dünyada narkotik istifadəçilərinin sayı bu il 275 milyon nəfərə çatıb. Ötən il isə bu rəqəm 250 milyon nəfər olub.
BMT-nin hesabatında ən diqqət çəkən məqamlardan biri internet üzərindən narkotik satışının həyata keçirilməsidir. İnternet vasitəsilə ciddi miqdarda narkotik ticarətinin aparılması ilk dəfə beynəlxalq bir hesabata daxil edilib.
mənbə :
Sputnik

Narkotik satisina dair sok faktlar aciqlandi