İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: İlk 1/4 finalçı məlum oldu

30-06-2018

[r32]
2018-06-30T19:53 xeber – Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ilk iştirakçısı məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, 1/8 finalın ilk oyunu Fransa və Argentina komandaları arasında keçirilib. Fransızlar 13-cü dəqiqədə penaltidən hesabı açıblar. Qrizmann fərqlənib — 1:0. 41-ci dəqiqədə Anhel Di Mariya gözəl zərbə ilə hesabı bərabərləşdirib — 1:1. Birinci hissə belə başa çatıb.
İkinci hissədə argentinalılar irəli çıxıblar. Qabriel Merkado 48-ci dəqiqədə onları irəli çıxarıb — 2:1. Bunun ardınca isə Fransa Argentinanı qol atəşinə tutub. 57-ci dəqiqədə Pavar, 64 və 68-ci dəqiqələrdə isə Mbappe 3 topu Argentinanın qapısından keçiriblər — 4:2. Artırılmış 3-cü dəqiqədə Aquero toplardanm birinin əvəzini çıxıb — 4:3. Oyun bu hesabla başa çatıb.
Beləliklə, Fransa yığması növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalda onları Uruqvay-Portuqaliya oyununun qalibi ilə görüş gözləyir.
mənbə :
Sputnik

DC-2018: İlk 1/4 finalci melum oldu