İçeriğe geçmek için "Enter"a basın

Fransa Argentinanı məğlub edərək finala çıxıb

30-06-2018

[r32]

30 İyun, 2018  19:55 xeber – Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinin ilk oyunu baş tutub.”Report” xəbər verir ki, “Kazan Arena”da son dünya çempionatının finalçısı Argentina ilə son Avropa vitse-çempionu Fransa yığmaları üz-üzə gəlib.Görüş Fransanın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Antuan Qrizmann açıb. Fransalı hücumçu komanda yoldaşı Kilian Mbappeyə qarşı kobudluğa görə təyin edilmiş penaltini dəqiq yerinə yetirib. 41-ci dəqiqədə Anxel Di Maria uzaqdan qüvvətli zərbə ilə bərabərlik qolunu vurub. 48-ci dəqiqədə Qabriel Merkado Argentinanı hesabda önə çıxarıb. Lakin 57-ci dəqiqədə Benjamen Pavar Fransanın bərabərlik qoluna imza atıb. Qələbə toplarının müəllifi isə 64 və 68-ci dəqiqələrdə Mbappe vurub. O, komandasını növbəti mərhələyə yüksəltməklə yanaşı, oyunun ən yaxşı futbolçusu seçilib. Uzatma dəqiqələrində Serxio Aqüeronun təsəlli qolu isə heç nəyi dəyişməyib. Fransa yığması 1/4 finalda Uruqvay – Portuqaliya görüşünün qalibi ilə üz-üzə gələcək. Bu gün Soçidəki “Fişt” stadionunda keçiriləcək matç saat 22:00-da başlanacaq. DÇ-2018, 1/8 final18:00. Fransa – Argentina – 4:3Qollar: Antuan Qrizmann, 13 (penalti ilə). Benjamen Pavar, 57. Kilian Mbappe, 64; 68 – Anxel Di Maria, 41. Qabriel Merkado, 48. Serxio Aqüero, 90+3Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)Kazan, “Kazan Arena”

mənbə :
Report.az

Fransa Argentinani meglub ederek finala cixib