İçeriğe geçmek için "Enter"a basın

Göyçayda yenidən istifadəyə verilən körpü bir daha çökdü — FOTO

30-06-2018

[r32]
2018-06-30T20:29 xeber – İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib.
©
Foto: APAGöyçay çayı üzərindən keçən körpünün uçmuş hissəsinin bərpası, 30 iyun 2018-ci il
APA-nın xəbərinə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub. Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.
©
Foto: APAGöyçay çayı üzərindən keçən körpünün uçmuş hissəsinin bərpası, 30 iyun 2018-ci il
Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.
Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi.
mənbə :
Sputnik

Goycayda yeniden istifadeye verilen korpu bir daha cokdu — FOTO