İçeriğe geçmek için "Enter"a basın

'Qarabağ' klubu Suriya yığmasına məğlub olub

30-06-2018

[r32]

30 İyun, 2018  23:18 xeber – “Qarabağ” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama matçına çıxıb.”Report”un məlumatına görə, rəqib Suriya yığması olub.Görüş ərəblərin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qol ilk yarının sonlarında vurulub. Beləliklə, “Qarabağ”ın üçüncü yoxlama matçında da qələbəyə həsrət qalıb və üstəlik, ilk məğlubiyyətlə üzləşib. Əvvəlki qarşılaşmalarında Ağdam komandası Bolqarıstan “Ludoqorets”i ilə 1:1, Avstriyanın “Vakker İnsbruk” komandası ilə 0:0 hesablı heç-heçə edib. Yoxlama oyunu20:30. “Qarabağ” – Suriya millisi – 0:1″Qarabağ”ın start heyəti: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k.), 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerrye, 91. Coşqun Diniyev

mənbə :
Report.az

'Qarabag' klubu Suriya yigmasina meglub olub