İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə işlər başa çatdırılacaq

19-12-2014

gürcüstan

 

Bu sözlərin sahibi Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzedir.

Bütün şübhələrin əksinə olaraq, Gürcüstan hökuməti öz vədlərinə sadiq qaldı və Avropaya inteqrasiya kursunu davam etdirdi.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze cümə günü Trend BİA-da ölkə hökumətinin ikiillik fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, NATO və Aİ Gürcüstanda uğurlu islahatların keçirildiyini qeyd ediblər.

Şaraşenidze bildirib ki, Gürcüstan hökuməti əhalinin dəstəklədiyi xarici siyasət kursuna sadiq qalacaq: “Gürcüstan ölkələrlə, xüsusilə qonşuları ilə strateji tərəfdaşlığa sadiq qalacaq. Azərbaycanla əməkdaşlıq inkişaf edir və möhkəmlənir. İki ölkə regional layihələrin reallaşdırılmasında uğurla əməkdaşlıq edir”.

Diplomat qeyd edib ki, tezliklə Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə işlər başa çatdırılacaq.Bildiyimiz kimi  Azərbaycanın  Gürcüstan ilə  sərhədlərinin uzunluğu 480 km təşkil edir.

Onun sözlərinə görə, sərhədlərin bütün hissəsi artıq razılaşdırılıb və yalnız kiçik hissə qalıb ki, onun üzərində işlər davam edir.

Səfir bildirib ki, bir həftə əvvəl Azərbaycana bir qrup gürcü ekspert gəlib və səfər zamanı dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yenidən qurulması üzrə anlaşma memorandumu imzalanıb.

Diplomatın sözlərinə görə, həmçinin Gürcüstan-Azərbaycan-Türkiyə formatında regional əməkdaşlıq davam etdirilir.

Şaraşenidze qeyd edib ki, son iki il ərzində Gürcüstan hökuməti öz diqqətini əhalinin sosial rifahının artmasına cəmləşdirib. Səfir əlavə edib ki, hökumət sosial proqramların reallaşdırılmasına bir milyard lari (1 dollar = 1,91 lari) ayırıb.

Azadliq.az

Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası üzrə işlər başa çatdırılacaq