İçeriğe geçmek için "Enter"a basın

Maaşlarını azaldan dünya liderləri – Video

22-07-2018

[r32]Meksikanın prezidenti olacaq Andres Manuel Lopez Obrador (Amlo kimi tanınır) maaşını 60 faiz azaltmağı planlaşdırır.

Qalib gəlmiş solçu namizəd ayda təxminən 5700 dollar qazanacaq və digər heç bir rəsmi şəxs ondan çox qazana bilməyəcək.

Cənab Lopez Obrador deyib ki, rəsmi iqamətgah olan Los Pinos mədəniyyət mərkəzinə çevriləcək.

Lakin maaşının azaldılacağını bəyan edən təkcə Meksika prezidenti deyil.

Bəzi liderlər bu populist addımı atmaqla göstətmək istəyirlər ki, xalqa daha yaxındırlar, Leibniz Universitetindən Dr Philipp Koeker deyir.

Reality Check komandası bunun baş verdiyi bəzi ölkələrə nəzər salıb.

Maaşlarını azaldan dünya liderləri – Video