İçeriğe geçmek için "Enter"a basın

Yeni Texnologiyalarla neft vermə əmsalı arta bilər

19-12-2014

neftquyu

 

Azərbaycanda neft hasilatı son dövrlər müzakirə predmetinə çevrilməkdədir.Azərbaycanın quru yataqlarında 20-25 faiz neft vermə əmsalı vardır.

Neft vermə əmsalının 10-15 faiz artırılması Azərbaycanın quru yataqlarında neft hasilatını artırmağa imkan verə bilər.  Bunu cümə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycan Alimlərinin I Qurultayında söyləyib.

Onun sözlərinə əsasən, neft vermə əmsalı 40-45 faiz olarkən ölkənin quru yataqlarından 1 milyard ton həcmində neft hasil olunub: “Bu qədər də hasil etmək olardı, ancaq bunun üçün texniki imkanlar yoxdur”.

Vitse-prezident qeyd edib ki, müvafiq olaraq neft vermə əmsalının artırılması məsələsinə böyük diqqət yetirmək lazımdır.

Azərbaycanda qaz yataqlarının açılması perspektivi şəraitində ARDNŞ Mezozoy çöküntülərinin işlənməsi üzrə işlər aparılır.

X.Yusifzadə əlavə edib ki, bu işlər Sovet zamanında da aparılıb, lakin zəruri texnologiya olmadığından sənaye hasilatına nail olunmayıb: “Ancaq hazırda texniki nailiyyətlər nəzərə alınmaqla bunun üçün imkan var”.

Azadliq.az

Yeni Texnologiyalarla neft vermə əmsalı arta bilər