İçeriğe geçmek için "Enter"a basın

UNICEF: Azərbaycanda hər 10 uşaqdan 2-si həyatlarının ilk saatında ana südü alır

31-07-2018

[r32]

31 İyul, 2018  16:14 xeber – Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir.UNICEF-in Azərbaycandakı nümayəndəliyindən “Report”a verilən məlumatına görə, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.”Məqamı yaxala (Capture the Moment)” adlı həmin hesabata əsasən, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.Ümumilikdə isə dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmır, bu da körpələr arasında ölüm və xəstəlik riskini artırır.UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvar Karvardin bildirib ki, uşaqların ana südü ilə qidalanması onlara həyata maksimum yaxşı başlanğıc təqdim edir. “Biz Azərbaycanda ana südü ilə qidalanmanın təşviq edilməsi istiqamətində hökumətə göstərdiyimiz dəstəkdən məmnun olsaq da, bununla bağlı analara onların ailə üzvləri, tibb işçiləri, işəgötürənlər və hökumət tərəfindən verilən dəstəyi təxirə salınmadan artırmalıyıq ki, analar öz uşaqlarının həyata layiq olduqları kimi başlamasını təmin edə bilsinlər. Səhiyyə Nazirliyi səhiyyə müəssisələrinin ana südü ilə qidalandırma praktikası üzrə beynəlxalq standartlara cavab verməsini təşviq etmək məqsədilə, UNICEF-in dəstəyi ilə Körpə Dostu Xəstəxana Təşəbbüsünü gücləndirməyi planlaşdırır”, – deyə E.Karvardin bildirib.

mənbə :
Report.az

UNİCEF: Azerbaycanda her 10 usaqdan 2-si heyatlarinin ilk saatinda ana sudu alir