İçeriğe geçmek için "Enter"a basın

İsfahanda mövcud iqtisadi vəziyyətə etiraz olaraq aksiya keçirilib

31-07-2018

[r32]

31 İyul, 2018  17:52 xeber – İranın İsfahan şəhərində ölkədəki iqtisadi problemlərə etiraz olaraq, aksiya keçirilib.“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. İsfahan şəhərindəki Əmir Kəbir Sənaye saytı bildirib ki, sahibkarlar və yük sürücüləri ölkədəki bahalıq və dolların kursunun yüksəlməsinə etiraz aksiyası keçiriblər. Aksiyada hakimiyyət əleyihinə şüarlar irəli sürülüb. Etirazçılara motosklet sürən sakinlər və taksi sürücüləri də dəstək verib. Aksiyada İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə ölüm şüarı da səsləndirilib. İsfahandakı örtülü bazarın sahibkarlarının da etiraz yürüşünə qatıldığı barədə məlumat yayılıb. Başqa bir məlumatda bildirilib ki, İran parlamentinin 290 deputatından 200-ü ölkə prezidenti Həsən Ruhaniyə açıq məktubla müraciət edərək, mövcud iqtisadi və maliyyə problemləridən xilas olmaq üçün hökumətdə iqtisadiyyat sahəsinə rəhbərlik edənlərin dəyişdirilməsini tələb ediblər. Bildirilib ki, Tehrandan olan deputat Əbülfəzl Sururş Həsən Ruhaniyə iqtisadiyyat naziri Məsud Kərbasianla sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədarinin istefaya göndərilməsi ilə bağlı ultumatum verildiyini söyləyib. Qeyd edək ki, cari ilin əvvəlində bir ABŞ dolları 43 min İran rialı idisə, hazırda bir ABŞ dolları 120 min riala yaxın dəyişdirilir.

mənbə :
Report.az

İsfahanda movcud iqtisadi veziyyete etiraz olaraq aksiya kecirilib