İçeriğe geçmek için "Enter"a basın

Fermerlərə böyük məbləğdə yardım ediləcək: Qərar qəbul olundu

31-07-2018

[r32]
2018-07-31T18:59 xeber – Bu gün Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb. 
©
Sputnik / Murad Orujov Kənd təsərrüfatı nazirindən növbəti təyinat
Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144302 istehsalçıya 379006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26399889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri, təhvil verilmiş yaş baramanın miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək.istehsalçıya təhvil verdikləri 498100,47 kq yaş baramaya görə 2490502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə və yaş baramanın miqdarına görə subsidiya 

mənbə :
Sputnik

Fermerlere boyuk meblegde yardim edilecek: Qerar qebul olundu