İçeriğe geçmek için "Enter"a basın

'Qarabağ'ın keçmiş rəqibi baş məşqçisi ilə yollarını ayırıb

31-07-2018

[r32]

31 İyul, 2018  19:43 xeber – “Qarabağ” klubunun Çempionlar Liqasının I təsnifat mərhələsindəki keçmiş rəqibi Sloveniya “Olimpiya”sı baş məşqçisi İliya Stolitsa ilə yollarını ayırıb. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi 39 yaşlı serbiyalı mütəxəssislə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib. Qeyd edək ki, İliya Stolitsa iyun ayından komandaya rəhbərlik edirdi. “Olimpiya” onun rəhbərliyi altında Çempionlar Liqasının I təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən “Qarabağ”a məğlub olub – 0:1, 0:0. 

mənbə :
Report.az

'Qarabag'in kecmis reqibi bas mesqcisi ile yollarini ayirib