İçeriğe geçmek için "Enter"a basın

Heydər Camalın oğlu Afrikada öldürülüb

31-07-2018

[r32]
xeber –

Cənubi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən öldürülüb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üzərində güllə yaraları olan üç meyit Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.  

 

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub.

 

Onların CAR-da özəl hərbi kampaniyalara həsr olunmuş filmin çəkilişində olduğu bildirilir.  

 

Qeyd edəki ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur. 

 

Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.


mənbə :
Lent.az

Heyder Camalin oglu Afrikada oldurulub