İçeriğe geçmek için "Enter"a basın

“Onların dolları varsa, bizim də Allahımız var”

11-08-2018

[r32]
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dolların bahalaşmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Rizədə xalqa müraciət edən dövlət başçısı “bu gün dünəndən daha yaxşıyıq, sabah bu gündən də yaxşı olacağıq” deyib:

“Bundan heç narahat olmayın. Müxtəlif kampaniyalar aparılır. Bunlara qulaq asmayın. Unutmayın, onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik”.

Tramp Türkiyəyə daha bir zərbə vurdu

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

[r32]

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Yeri gəlmişkən, ABŞ daha əvvəl Çindən gətirilən mallara 25% rüsumlar tətbiq etmişdi. Buna cavab olaraq Pekin də Amerika məhsullarına eyni ölçüdə rüsumlar tətbiq etdi.

Trampın sözlərinə görə, ABŞ 2017-ci ildə beynəlxalq ticarətdə 817 milyard dollar itirib.

“Onların dolları varsa, bizim də Allahımız var”