İçeriğe geçmek için "Enter"a basın

Paşinyan: “Danışıqlara hazırıq, amma hazırlıq mərhələsi lazımdır”

12-08-2018

[r32]

Ermənistanın baş naziri Nikol Paşinyandan Azərbaycanla həmsərhəd Tavuş vilayətində jurnalistlər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar və prezident İlham Əliyevlə görüş barədə hansı yeni xəbərin olduğunu soruşublar. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan “konstruktiv danışıqlara hazır olduğunu” bildirib.

“Mən əvvəl də demişəm ki, biz hadisələrin istənilən inkişaf ssenarisinə hazırıq, o cümlədən danışıqlara. Fikrimcə hamı başa düşür ki, Qarabağa dair siyasi danışıqların bərpası üçün xüsusən indiki siyasi situasiyada hazırlıq mərhələsi , hansısa zəmin lazımdır. Biz Qarabağa dair konstruktiv məcrada siyasi danışıqları davam etdirməyə hazır olduğumuzu ifadə etmişik-üzərimizə götürdüyümüz siyasi öhdəliklər çərçivəsində və Ermənistanın maraqları kontekstində”-Nikol Paşinyan deyib.

Virtualaz.org

Paşinyan: “Danışıqlara hazırıq, amma hazırlıq mərhələsi lazımdır”