İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə “Paralel hökümet”ə qarşı mübarizə

19-12-2014

türkparalelhökumet

 

 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan keçən il 17-25 dekabr əməliyyatlarından sonra onlara qarşı “paralel hökümət” quran Fətullah Gülən camaatına qarşı mübarizə aparacaqlarına hər zaman dilə gətirirdi.Gülən camaatı 14 dekabr əməliyyatının bunlardan ilki olduğunu söyləyir.

Bu gün saat 2-də məhkəməsi prosesi  Gülən camaatına əvvəlcə sevinc,sonra isə üzücü xəbər gəldi. Məhkəmə zamanı Əkrəm Dumanlı sərbəst buraxılıb . “14 dekabr” adlı əməliyyatı zamanı nəzarət altına alınan Hidayət Karaca və 3 polis də terror təşkilatına üzv olduğu üçün tutulub.

Lakin terror təşkilatının lideri iddiası ilə suçlanan Fətullah Gülən haqqında həbs qərarı çıxarılıb.

Ədliyyənin qarşısında camaatı dəstəkləyən insanlar  əllərində türk bayraqları ilə  istiqlal marşını oxudular.

Eyni zamanda bu gün Əkrəm Dumanlının 4 cü övladı bir qızı dünyaya gəldi.Həyat yoldaşı Əsra Dumanlı qızının adını Səadət qoyduqlarını söylədi.

 

Azadliq.az

Türkiyədə “Paralel hökümet”ə qarşı mübarizə