İçeriğe geçmek için "Enter"a basın

Türkiyəyə 15 milyardlıq dəstək – Dollar ucuzlaşdı

15-08-2018


[r32]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün prezident iqamətgahında Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 3,5 saat davam edən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər üzrə müzakirələr aparılıb.

Məlumata görə, Qətər əmiri Türkiyəyə 15 milyard dollarlıq birbaşa investisiya yatıracağını açıqlayıb.

Bu açıqlamadan sonra Türkiyədə dolların 6 faiz ucuzlaşaraq 5,85 TL səviyyəsinə düşdüyü bildirilir.

Virtualaz.org xatırladır ki, Türkiyə ilə Qətər arasında sıx və isti münasibətlər var. Ankara ən çətin məqamlarında həmişə Qətərə dəstək olub. Konkret bir misal: Ötən il iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətəri terroru dəstəkləməkdə, o cümlədən, Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək, onunla diplomatik münasibətləri kəsdilər. Daha sonra Liviya, Yəmən, Mavriki və Maldiv adaları da Qətərlə əlaqələri kəsdiklərini bəyan etdilər.

Həmin çətin məqamlarda Türkiyə prezidenti Qətərin müdafiəsinə qalxaraq demişdi: “Qətərə qarşı sanksiyaların tətbiqini doğru hesab etmirik. Regionda həmrəylik və əməkdaşlığa xüsusi ehtiyac olduğu bir vaxtda belə bir situasiyanın yaranması heç kimə fayda gətirməyəcək. Qətərin bu məsələlərə soyuqqanlı yanaşmasını təqdir edirik. Biz bundan sonra da Qətərlə münasibətləri inkişaf etdirəcəyik”.

Sonrakı günlərdə isə Türkiyə Qətərə 15 təyyarə ilə ərzaq məhsulları göndərmişdi…

Türkiyəyə 15 milyardlıq dəstək – Dollar ucuzlaşdı