İçeriğe geçmek için "Enter"a basın

Rusiyada dəhşətli partlayış baş verib, ölənlər, yaralananlar və itkin düşənlər var

31-08-2018

[r32]
2018-08-31T13:35 xeber – Rusiyanın Nijni Novqorod vilayətində güclü partlayış olub. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış Dzerjinski şəhərindəki Y.M.Sverdlov adına müdafiə sənayesi zavodunda baş verib.
Partlayışın, hələ ki, hansı səbəbdən baş verdiyi məlum olmasa da, zavodun ammonal istehsalı sexində qeydə alındığı bildirilir. İlkin məlumatlara görə, partlayış nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb, daha 3 nəfərin isə ölü və ya sağ olduğu bəlli deyil, axtarılırlar. Onların dağıntılar altında qaldıqları ehtimal olunur. 
Partlayış nəticəsində, təxminən, yüz kvadratmetrlik sahədə yanğın baş verib. Hazırda yanğının lokallaşdırılması və söndürülməsinə çalışırlar.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Sputnik

Rusiyada dehsetli partlayis bas verib, olenler, yaralananlar ve itkin dusenler var