İçeriğe geçmek için "Enter"a basın

Avropa İttifaqı İtaliyadan büdcə məsələsi ilə bağlı 'əhəmiyyətli' təşəbbüs gözləyir

31-08-2018

[r32]

31 Avqust, 2018  17:31 xeber – Avropa İttifaqı (Aİ) İtaliyadan büdcə məsələsi ilə bağlı əhəmiyyətli təşəbbüs gözləyir.”Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Piyer Moskovisi bildirib.O, əhəmiyyətli təşəbbüs dedikdə konkret olaraq nəyi nəzərdə tutduğunu bildirməyib:Avropa komissarı dövlət borclarına nəzarət məsələsinin İtaliyanın marağında olduğunu vurğulayaraq, İtaliya hökumətini öhdəliklərə hörmət edən və riskləri minimuma endirən ehtiyatlı büdcə istiqamətində işləməyə təşviq edib: “Hazırda ölkənin borcu ÜDM-nin 132%-ni təşkil edir”. P. Moscovisi əlavə edib ki, Aİ-nin ÜDM-də 3 faizlik defisit limiti gözləniləndən də yüksək olub: “Bu, mənim xəyal etmək istəmədiyim çətinliklər yaradacaq”. O etiraf edib ki, İtaliya ilə danışıqlar asan olmayacaq: “Lakin İtaliya hökuməti ilə sakit və hərtərəfli yolla işləyəcəyik”. Avropa komisarı, həmçinin ölkədə avrodan imtina etmək istəyən siyasətçilərin olduğunu da vurğulayıb.Xatırladaq ki, rəsmi Roma bildirir ki, seçki kompaniyası zamanı verdikləri sözü tutacaqlar.

mənbə :
Report.az

Avropa İttifaqi İtaliyadan budce meselesi ile bagli 'ehemiyyetli' tesebbus gozleyir