İçeriğe geçmek için "Enter"a basın

Toz barədə daha bir xoşagəlməz məlumat gəldi

31-08-2018

[r32]
2018-08-31T18:29 xeber – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, bu göstərici saat 15:00-da 1,6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

mənbə :
Sputnik

Toz barede daha bir xosagelmez melumat geldi