İçeriğe geçmek için "Enter"a basın

Bakıda kütləvi dava: Belaruslu sürücü üç ölkənin vətəndaşına xəsarət yetirdi

31-08-2018

[r32]
2018-08-31T22:30 xeber – Səbail rayon Polis İdarəsinin əməkdaşları Bakıda Belarus və Ukraynadan olan TIR sürücülərinin iştirakı ilə kütləvi davanı qeydə alıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, kütləvi dava avqustun 30-da saat 04:00 radələrində “İpək Yolu” gömrük terminalının ərazisində, Salyan şossesinin 12-ci kilometrliyində baş verib. Məlum olub ki, sərxoş vəziyyətdə olan Belarus sakini, 1982-ci il təvəllüdlü Astanyuk Valeri Nikolayeviç həmyerlisi, 1990-cı il təvəllüdlü Balint Vladimir İvanoviçə, eləcə də Ukrayna vətəndaşları — 1990-cı il təvəllüdlü Mixaylov Vasso Mixayloviç və 1995-ci il təvəllüdlü Mayviyuk Roma Sergeyeviçə bıçaq zərbələri endirərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bununla yanaşı dava zamanı gömrük terminalının gözətçisi, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Əliyarbəyov Emil Sərdar oğlu da yaralanıb.
Zərərçəkənlərin hamısı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Astanyuka gəlincə, o, Səbail RPİ-nin 41-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır, davanın səbəbləri müəyyənləşdirilir.

mənbə :
Sputnik

Bakida kutlevi dava: Belaruslu surucu uc olkenin vetendasina xesaret yetirdi