İçeriğe geçmek için "Enter"a basın

ABŞ prezidentindən yeni zərbə gözlənilir

31-08-2018

[r32]
2018-08-31T22:55 xeber – Tramp Çinə qarşı yeni addımlar atmağa hazırlaşır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çinin ümumi dəyəri 200 milyard dollar olan idxal məhsullarına yeni vergi tətbiq ediləcək.
Məlumata görə, yeni tariflər gələn həftə açıqlanacaq.
Bloomberq-ə müsahibəsi zamanı Trampdan bu məlumatın nə dərəcədə düzgün olduğu soruşulduğu zaman o, gülümsəyib və qeyd edib ki, saytın mənbəsi “güclü səhv etməyib”.
Məlumata görə,Tramp yeni tarifləri sentyabrın 6-dan sonra tətbiq edəcək.
Xatırladaq ki, ABŞ avqustun 23-də ümumi dəyəri 16 milyard olan Çin məhsullarına əlavə vergi tətəbiq edilmişdi. Çin ABŞ-ın bu qərarından Ümumdünya Ticarət Təşkilatına şikayət etmiş və qarşılıqlı addım atacağını bildirmişdi.
ABŞ və Çin arasında mübahisəyə görə iş adamı Maykl Blumberqin iqtisadi forumunun yeri dəyişdirilərək, Çindən Sinqapura təyin edilib.

mənbə :
Sputnik

ABS prezidentinden yeni zerbe gozlenilir