İçeriğe geçmek için "Enter"a basın

“Mən öz dostlarımı öldürmürəm” – “Lotu Quli” toyda – Video

02-09-2018

Azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeni görüntüləri yayılıb.

“Qafqazinfo” Yenicag.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər Türkiyənin İstanbul şəhərində kriminal aləmin tanınmış siması olan “Nika Qaqrinski” ləqəbli Nikolay Dqeçuadzenin toyunda lentə alınıb.

Kriminal aləmin üzvlərindən biri Nadir Səlifovun şərəfinə badə qaldıraraq “Quli, sən bizim qardaşımız, əzizimizsən. Əgər mənə desələr ki, Quli səni öldürəcək, yenə yanında olaram” söyləyir.

O isə cavabında “Quli öz dostlarını öldürmür” deyir.

Sözügedən videonu təqdim edirik:

“Mən öz dostlarımı öldürmürəm” – “Lotu Quli” toyda – Video