İçeriğe geçmek için "Enter"a basın

Mercedes-Benz-dən BMW X6-ya yeni rəqib

14-12-2014

mercedesbmwBMW X6 modelinin yeni rəqibi Mercedes-Benz şirkətinin yeni təqdim etdiyi GLE Coupe krossoveri olacaq. GLE (əvvəllər M-Class) yolsuzluq avtomobili bazasında hazırlanmış model 2015-ci ilin ortalarında satışa çıxarılacaq. Model sonuncu nəsil BMW X6-dan 9 mm qısa (4900 mm), 14 mm enli (2003 mm) və 29 mm (1731 mm) hündürdür.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni krossover iki benzin mühərriki – biturbo “altılıq” və V6 turbodizel ilə təchiz ediləcək. Bunlardan axırıncısı 258 a.g. və 620 Nm hasilat imkanına malikdir.

Benzin mühərrikləri GLE 400 (V6, 333 a.g. və 480 Nm) və GLE 450 ( V6, 367 a.g. və 520 Nm) modifikasiyalarında quraşdırılacaq. Mercedes-Benz heç bir variantın dinamik göstəricilərini açıqlamayıb.

Yeni modelin “qaynar” AMG versiyası bir müddət sonra işıq üzü görəcək. Onun 557 – 577 a.g. hasil edəcək 5,5 litrlik V8 tvin-turbo ilə təchiz ediləcəyi düşünülür.

mercedesgle

news.milli.az

2 Yorum

  1. vuqar 01/03/2015

    qeseyy

Yorumlar kapatıldı.

Mercedes-Benz-dən BMW X6-ya yeni rəqib