İçeriğe geçmek için "Enter"a basın

“Samsunq” “ChatOn”messencerini bağlayır

21-12-2014

Samsung-ChatOn

Qlobal dünyada texnologiyanın hər gün inkişaf etməsi ilə “Samsung” şirkəti “ChatOn” messencerini bağlamaq qərarı alıb.  2015-ci il fevralın 1-dən “ChatOn” messencerinin fəaliyyəti dayandırılacaq.Bu xəbər Cənubi Koreyanın “Yonhap News” xəbər agentliyinin məlumatıdır.

“Azadliq.az” elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki“ChatOn” messenceri 2011-ci ildə istifadəyə verilib. Bu messencerin köməyi ilə çatda “təkbətək” rejimində və ya qrupda mesajlaşmaq olar. Xüsusi animasiyalı mesaj yaratmaq, əllə qeydlər yazmaq və fotoşəkillər çəkmək, şəkil və musiqini göndərmək imkanı var.

“ChatOn” messencerinin özəlliyi onun universallığıdır. “Samsung”un həlli “iOS”, “Android”, “BlackBerry” daxil olmaqla bütün platformalarda, həmçinin kompüterdə işləyə bilər.

İnkişaf edən texnologiya qarşısında “ChatOn” messenceri geniş populyarlıq əldə etməyib və  bazar payı çox cüzidir.

Azadliq.az

“Samsunq” “ChatOn”messencerini bağlayır