İçeriğe geçmek için "Enter"a basın

Rusiya gözlənilməz zərbə aldı, bölgə yenidən qarışır

18-09-2018

[r32]
2018-09-18T11:50 xeber – Rusiyanın Suriyanın Xmeymim əyalətində yerləşən hərbi bazasının komandanlığı sentyabrın 17-də Hava-Kosmik Qüvvələrinin “İl-20” təyyarəsi ilə əlaqəni itirib. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib. Hadisə baş verən zaman təyyarənin göyərtəsində 14 nəfər olub, hələlik onların taleyi barədə məlumat verilmir.
Rusiya hərbi bazasının komandanlığı axtarış-xilasetmə işlərinə başlayıb. “MarineTraffic” portalının məlumatına görə, hazırda Tartus limanı yaxınlığında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Professor Nikolay Murov” xilasetmə yedək gəmisi yer alıb.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, “İl-20” təyyarəsi İsrailə məxsus 4 ədə “F-16” qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb. İsrail hərbçiləri isə Rusiya Müdafiə Nazirliyinin bəyanatını şərh etməkdən imtina ediblər.
Müdafiə Nazirliyindən, həmçinin bildirilib ki, Suriyanın hava məkanını nəzarətdə saxlayan Rusiya radiolakasiya vasitələri həmin an Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Overn” freqatından atəş açılması fraktını da qeydə alıb.
Və nəhayət, bu dəqiqələrdə Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən təyyarə Suriyaya məxsus “S200” Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən havaya buraxılan raketlə vurulub. O da əlavə olunub ki, təhlükəli vəziyyət Latakiya rayonunda İsrail təyyarələri tərəfindən qəsdən yaradılıb.
mənbə :
Sputnik

Rusiya gözlənilməz zərbə aldı, bölgə yenidən qarışır