İçeriğe geçmek için "Enter"a basın

Ölümün bir addımlığında: Təcrübəyə görə qan içdilər, zəhərləndilər

30-09-2018

[r32]
2018-09-30T18:51 xeber – Könüllülər araşdırma xətrinə öz qanlarını içiblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Sürixdə Gastroenteroloji və Hepatoloji Mərkəzinin əməkdaşları maraqlı təcrübə aparıb. Təcrübə çərçivəsində könüllülər öz qanlarını içməli olub. Həkimlər bu yolla kron xəstəliyinin müalicəsi üçün yeni üsullar tapmağa çalışıb.
Kron xəstəliyi zamanı bağırsaq iltihablaşması nəticəsində xəstənin nəcisində protein qoruyucuları görünür. Bu ülseratif kolit və mədə qanamasının da əlaməti ola bilər. Bu səbəbdən təcrübə iştirakçılarına öz qanlarını veriblər.
©
Wikipedia / Public Domainİlk dəfə insan üzərində təcrübə
Araşdırmada 12-si qadın və 4-ü kişi olmaqla 16 könüllü iştirak edib. Onlar 100 — 300 milliqram qan qəbul etməli olublar.
Qanın bir hissəsi nazogastrik boru vasitəsilə yeridilib. Bir hissəsini isə sadəcə içiblər. Bir ay sonra təcrübə təkrarlanıb və kim 100 milliqram içibsə 300 milliqram, kim 300 milliqram içibsə o 100 milliqram qan içib.
Təcrübə zamanı bir neçə nəfər öz qanından zəhərlənib. Bəzi könüllülərdə isə ürək bulanma, ishal və qəbizlik müşahidə edilib.
Elm adamları iki gün sonra könüllülərin nəcisini bir həftə müddətində hər gün təhlil ediblər.
Müəyyən edilib ki,100 milliqram qan içdikdən sonra kalprotektinin səviyyəsi 43 faiz nümunədə, 300 milliqram qan içdikdə isə 63 faiz nümunədə hər qrama 50 mikroqram qalxır. Proteinin belə miqdarda olması ancaq bağırsaq iltihablaşması xəstəliyi zamanı müşahidə edilir.
Tədqiqatın müəllifləri Kron xəstəliyinin müayinəsi zamanı xəstəliyin ailə tarixi və digər faktorlarla daha yaxından tanış olmağı tövsiyyə edirlər.
Qeyd edək ki, Kron xəstəliyi mədə-bağırsaq traktının şiddətli bir xroniki iltihab xəstəliyidir.

mənbə :
Sputnik

Olumun bir addimliginda: Tecrubeye gore qan icdiler, zeherlendiler