İçeriğe geçmek için "Enter"a basın

'Qəbələ' öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub

30-09-2018

[r32]

30 Sentyabr, 2018  20:40 xeber – futbol/qebele-oz-meydaninda-oyunun-sonlarinda-meglubiyyetden-xilas-olub/”
class=”nc-exp-icon-wrap”>

“Qəbələ” öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub

30 Sentyabr, 2018  20:40

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.”Report” xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Keşlə”ni qəbul edib.FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə “Keşlə”nin hücumçusu Amil Yunanov açıb. Yunanov Rasim Ramaldanovun səhvindən sonra təkbətək çıxdığı qapıçını məğlub, keçmiş komandasını məyus edib. “Qəbələ” bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu “Keşlə”nin qapısına göndərib. Bu nəticədən sonra “Qəbələ” xallarını 5-ə, “Keşlə” isə 2-yə yüksəldib. Lakin onlar yenə müvafiq olaraq, 7 və 8-ci pillələrdə qərarlaşıblar. Hazırda “Bayıl Arena”da “Sumqayıt” və “Zirə” arasında turun son oyunu keçirilir. İlk oyun günündə “Neftçi” evdə “Səbail”i 4:0, “Qarabağ” isə səfərdə “Sabah”ı 2:0 hesabı ilə yenib.

mənbə :
Report.az

'Qebele' oz meydaninda oyunun sonlarinda meglubiyyetden xilas olub