İçeriğe geçmek için "Enter"a basın

Bakıda gənc qadını şantaj edərək zorladılar

21-12-2014

tecavüz

 

“Mənə dedi ki, həyat yoldaşına söyləyəcəm ki…”
Bakıda seksual xarakterli zorakılığa məruz qalmış 23 yaşlı qadın polisə müraciət edib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 8-ci Polis Bölməsinə müraciət edən 1991-ci il təvəllüdlü K.M bildirib ki, tanışı tərəfindən şantaj olunur. Qadın qeyd edib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxs onu hədələyərək bildirib ki, həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək.
Həmin şəxs K.M-yi Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib.
Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar.
Müraciət əsasında araşdırmalar davam etdirilir.

Azadliq.az
Bakıda gənc qadını şantaj edərək zorladılar