İçeriğe geçmek için "Enter"a basın

Rusiya vətəndaşı Pakistanda e’dam edildi

21-12-2014

idamsehpası

 

Eks prezident Pərviz Müşərrəfə sui-qəsd etmək istəyən 4 nəfər bu gün edam edildi.Bunlardan biri 34 yaşlı Rusiya vətəndaşı eyni zamanda Pakistan vətəndaşlığı da olan Axlas Axlakdır.2003- cü ildə Axlas Axlak və 3 nəfər eks prezidentə sui-qəsd təşəbbüsü ilə həbs edilmişdir.2004-də edam cəzası verilmiş, lakin 2008-də edam cəzasının qaldırılması ilə bu ölüm hökmü müvəqqəti olaraq durdurulmuşdur. Lakin Azadliq.az ın xəbərlərindən bildiyiniz kimi 16 dekabrda Pakistanda terroristlərin məktəbə vəhşicə basqınından 100 dən çox şagird cəmi 141 insanın ölümündən sonra Pakistan hökuməti edam cəzasını təkrar gətirəcəklərini söyləmişdilər.

Rusiya Xarici İşlər Nazirliyi rusiyalı Axlas Axlakın Pakistanda edam edilməsini təsdiqlədi.Bu bilginin Pakistan daxili işlər nazirliyi tərəfindən verildiyini söylədi.

2001-də Pakistana gedən Axlas Axlakın atası Pakistanlı,anası isə Rusdur. Volqoqradda yaşayır.

Rus səfirliyinin vitse-konsulu Damir Qaliulinin verdiyi açıqlamaya görə, məhkum bu gün, gündüz saatlarında öldürülüb:

“Pakistan höküməti ilə aparılan fasiləsiz danışıqlara baxmayaraq, rusiyalı Axlas Axlak Fəysalabad həbsxanasında, təqsirləndirilən digər 3 nəfərlə birgə edam olundu.

Azadliq.az

Rusiya vətəndaşı Pakistanda e’dam edildi