İçeriğe geçmek için "Enter"a basın

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı oldu – Sərəncam

15-11-2018

[r32]

Prezident İlham Əliyev Eldar Əzizovla bağlı sərəncam verib.

Azadliq.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sərəncamda qeyd olunur ki, Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Qeyd edək ki, E. Əzizov bir müddətdir Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini kimi mer səlahiyyətlərini icra edirdi.

Məlumat üçün bildirək ki, E. Əzizovun məmur kimi fəaliyyətinin böyük bir hissəsi məhz icra başçısı postu olub. O, əvvəlcə Bakının Nizami rayonuna, ardınca Gəncə şəhər İH-nə, daha sonra Sumqayıt şəhər İH və ən sonda Səbail rayonuna icra başçısı təyin olunub.

Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı oldu – Sərəncam