İçeriğe geçmek için "Enter"a basın

Ukrayna-Rusiya münaqişəsi – Konsulluğa hücum edildi+ Video

27-11-2018

Ukraynanın Xarkov şəhərində yüzlərlə insan Rusiyanın Baş Konsulluğunun binasına hücum edib.

Azadliq.az xarici KİV-ə istinadən xəbər verir ki, konsulluğun yerləşdiyi küçəni bağlayan etirazçılar Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi və hərbi əsirlərin azad edilməsi tələblərini səsləndiriblər. Nümayişçilər konsulluğun girişinə 2 ədəd şin qoyaraq əllərindəki məşəlləri binaya atıblar.

Binaya məşəl atanların çoxu üzünü gizlədib. Daha sonra isə şinlər yandırılıb. Onları xilasedicilər söndürməyə müvəffəq olub. Etirazçılar bununla da kifayətlənməyərək Rusiyanın bayrağını yandırıblar.

Ukrayna-Rusiya münaqişəsi – Konsulluğa hücum edildi+ Video