İçeriğe geçmek için "Enter"a basın

“Babalarımın oynadığı yallının ermənilər tərəfindən mənimsənilməsi ağlasığmaz hadisə idi”

28-11-2018

Novruzov qeyd edir ki, yallı növlərini bir-birindən hərəkətlər fərqləndirir. “Yallı – rəqs sənətinin ilkin formasıdır. Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan “yallı”nın yaranması ilə bağlıdır”. Bunu Sputnik Azərbaycan-a “Şərur-xalq” yallı ansamblının bədii rəhbəri, əməkdar artist Əfsər Novruzov deyib.

O bildirib ki, yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılıb: “Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub yallı gediblər. “Şərur-xalq” yallı ansamblı 1924-cü ildə kiçik bir qrup şəklində yaradılmışdı.

Köçəri yallısı

Ansamblımız dünyanın bir çox ölkələrində – Polşa, Macarıstan, Misir və s. başqa ölkələrdə qastrol səfərilərində olub. Şərur yallısı bu gün də yeni nəslə təbliğ olunur. Yallı Naxçıvanda uşaq bağçalarında, məktəblərdə, mədəniyyət mərkəzlərində təbliğ edilir. “Köçəri” yallısının taleyi hamı kimi məni də çox narahat edirdi. Bu qərarın verilməsi çox təqdirəlayiqdir. Mənim babalarımın qol götürüb oynadığı köçəri, tənzərə, qalada-qala yallılarının ermənilər tərəfindən mənimsənilməsinə çalışması ağlasığmaz bir hadisə idi”.

Novruzov qeyd edir ki, yallı növlərini bir-birindən hərəkətlər fərqləndirir. Eyni zamanda, hər-hansı bir rəqsə əlavə hərəkət etmək mümkün olsa da, yallıya heç bir əlavə hərəkət daxil etmək mümkün deyil: “Yallı oxunmamış bir kitabdır. Biz nə qədər öyrənməyə çalışsaq da, onu tam öyrənə bilmərik”.

Qeyd edək ki, yallı rəqsinin Qobustandakı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilib.

Xatırladaq ki, 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
mənbə :
Sputnik

“Babalarimin oynadigi yallinin ermeniler terefinden menimsenilmesi aglasigmaz hadise idi”