İçeriğe geçmek için "Enter"a basın

Zakir Qaralov yeni prokuror təyin etdi

30-11-2018

Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib İsmayıllı rayonuna yeni prokuror təyin edilib.

Sputnik Azərbaycan “Report”un məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tural Yusifov İsmayıllı rayon prokuroru vəzifəsinə təyin edilib. O, bu təyinata qədər İsmayıllı rayon prokuroru vəzifəsini müvəqqəti icra edib.

Qeyd edək ki, bu ilin iyul ayında İsmayıllı rayon prokuroru Ülvi Abbasov və onun böyük köməkçisi Faiq Quliyev korrupsiya ittihamı ilə həbs edilib.

 </p [r32]
2018-11-30T13:36 xeber – /strong
mənbə :
Sputnik

Zakir Qaralov yeni prokuror teyin etdi