İçeriğe geçmek için "Enter"a basın

Türkiyə ABŞ səfirliyinin yerləşdiyi küçənin adını dəyişdi

30-11-2018

Qərar Ankara bələdiyyəsinin toplantısında verilib Ankara Bələdiyyəsi ABŞ səfirliyinin yeni binasının yerləşdiyi küçənin adını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, küçəyə afroamerikalı islam ruhani lideri və insan hüquqları mübarizi Malkolm İksın adı verilib.

Məlumata görə, Çankaya rayonunda yerləşən küçənin keçmiş adının yer aldığı lövhədə İksın soyadı qeyd edilib. Qərar Ankara bələdiyyəsinin toplantısında verilib.

Fevral ayında Ankara Bələdiyyəsinin qərarı ilə ABŞ səfirliyinin köhnə binasının yerləşdiyi küçənin adı Türk Ordusunun Afrində keçirdiyi əməliyyatın adına uyğun olaraq “Zeytun budağı” adlandırılmışdı.</p [r32]
2018-11-30T15:36 xeber – /strong
mənbə :
Sputnik

Turkiye ABS sefirliyinin yerlesdiyi kucenin adini deyisdi