İçeriğe geçmek için "Enter"a basın

Sumqayıtdakı 'Kapital Bank Arena' yarım ildən sonra istifadəyə verilir

30-11-2018

[r32]

30 Noyabr, 2018  17:32 xeber – futbol/sumqayitdaki-kapital-bank-arena-yarim-ilden-sonra-istifadeye-verilir/”
class=”nc-exp-icon-wrap”>

Sumqayıtdakı “Kapital Bank Arena” yarım ildən sonra istifadəyə verilir

Təmirdən sonra ilk oyunda azarkeşlər üçün sürprizlər hazırlanıb

30 Noyabr, 2018  17:32

https://report.az/storage/news/c91c384c751db3e73cffd29eafac1b9b/033ae6b7-4a1e-430e-b066-c5a0403d7f0e_292.jpgBakı. 30 noyabr. REPORT.AZ/ Dekabrın 1-də Azərbaycan Premyer Liqasının XIII tur matçında üz-üzə gələcək “Sumqayıt” və “Səbail” komandaları meydana fiziki qüsurlu uşaqlarla çıxacaqlar. “Report”un məlumatına görə, bu, “gənclik şəhəri” təmsilçisinin 2018/2019 mövsümündə “Kapital Bank Arena”da ilk ev oyununu keçirməsi ilə əlaqədardır. Klub azarkeşlər üçün bir sıra sürprizlər də hazırlayıb. Bu stadionda son oyun mayın 20-də “Sumqayıt” və “Zirə” arasında keçirilib. Həmin görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər. Təmirdə olduğu müddətdə “Kapital Bank Arena”da əsas meydanın süni örtüyü təbii otla əvəzlənib və işıqlandırma sistemi yenilənib. Həmçinin 1 standart və 2 kiçik ölçülü süni meydança salınıb. Hələlik yeni oturacaqlar quraşdırılmayıb. Bu məsələyə gələcəkdə, əlavə sektorlar inşa edilən zaman baxılacaq. Stadiondakı media sektoru da əvvəlki yerində qalıb. Qeyd edək ki, 12 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşan “Sumqayıt” cari mövsümdə rəqiblərini “Dalğa Arena” və “Bayıl Arena”da qəbul edib. “Səbail” ilə görüş saat 19:00-da start götürəcək.

mənbə :
Report.az

Sumqayitdaki 'Kapital Bank Arena' yarim ilden sonra istifadeye verilir