İçeriğe geçmek için "Enter"a basın

2018-ci il üzrə AÇG-də gündəlik hasilat 581 min barel olacaq

30-11-2018

[r32]

30 Noyabr, 2018  17:53 xeber – energetika/2018-ci-il-uzre-acg-de-gundelik-hasilat-581-min-barel-olacaq/”
class=”nc-exp-icon-wrap”>

2018-ci il üzrə AÇG-də gündəlik hasilat 581 min barel olacaq

30 Noyabr, 2018  17:53

Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2018-ci il üzrə orta gündəlik hasilatın 581 min barel olacağı gözlənilir.“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.O, həmçinin qeyd edib ki, AÇG-nin gələn il üzrə iş planı və büdcəsi ilə bağlı Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitənin (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti – ABƏŞ) iclası keçirilib.Qeyd edək ki, bu ilin yanvar-sentyabr AÇG yataqlar blokundan gündə orta hesabla 588 min barel və ya ümumilikdə, təqribən, 161 mln. barel, yəni 22 mln. ton neft hasil olunub.Xatırladaq ki, “AÇG” yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.2017-ci ilin sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.Layihədə pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, “Chevron” – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. 

mənbə :
Report.az

2018-ci il uzre ACG-de gundelik hasilat 581 min barel olacaq