İçeriğe geçmek için "Enter"a basın

“Dağlıq Qarabağ bütün dünya azərbaycanlılarının problemidir”

31-12-2018


[r32]
Pənah Hüseyn: “İrandakı soydaşlarımızın durumu da bizi narahat edən məsələlərdəndir”
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Bəs bu gün dünyadakı soydaşlarımız arasında yetərincə həmrəylik varmı? Belə bir həmrəyliyin mövcudluğu milli problemlərimizin həlli baxımından nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bir sıra ümummili məsələlərdə dünyadakı bütün soydaşlarımızın həmrəy olmasının zəruriliyinə diqqət çəkdi:

Mən öncə bütün xalqımızı Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Arzu etmək və səy göstərmək lazımdır ki, həmrəyliyimiz daha da möhkəm olsun. Amma bunu da qeyd etmək lazımdır ki, bu gün bütün dünya azərbaycanlılarının ciddi problemləri var. Qarabağ məsələsi bütün dünya azərbaycanlılarının problemidir. Bir sıra başqa ölkələrdə, eləcə də İranda yaşayan soydalarımızın dil və s. kimi problemləri də bizi narahat edən məsələlərdəndir. Arzumuz əl-ələ vermək və bütün problemləri bir yerdə həll etməkdir. Mən bu bayram günlərində gələcəyə optimist yanaşmağın tərəfdarıyam və ümid edirəm ki, bir yerdə bütün bu problemlərin öhdəsindən gəlməyə nail olacayıq”.

“Dağlıq Qarabağ bütün dünya azərbaycanlılarının problemidir”