İçeriğe geçmek için "Enter"a basın

Sabah bələdiyyə seçkiləri keçiriləcək

22-12-2014

secim

 

 

Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov oktyabrın 21 də keçirdiyi iclasda bildirmişdi ki,bələdiyyə üzvlərinin səlahiyyəti dekabrın 23-də başa çatır. Buna görə də bələdiyyə seçimlərinin keçirilməsi üçün ən məqbul vaxt elə dekabrın 23-dür. Son bələdiyyə seçkilərində 1718 bələdiyyə seçkiləri keçirilib. Amma MSK sədri onu da bildirib ki son illərdə bələdiyyə birləşməsi prosesi gedib.Məhz buna görə də hal hazırda 1607 bələdiyyə fəaliyyət göstərir.

Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.

Məhz buna görə seçki məcəlləsinə uyğun olaraq sabah dekabrın 23-ü tətil edilərək qeyri iş günü olacaq.

Azadliq.az

Sabah bələdiyyə seçkiləri keçiriləcək