İçeriğe geçmek için "Enter"a basın

Bəstəkar müğənni Elza Seyidcahan deputatlığa namizədliyini verəcək

22-12-2014

elzaseyidcahan

 

“İcra başçıları mənə millət vəkili olmağı təklif edirlər”
Bu sözlərin müəllifi əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanlıdır.Müğənni  2015-ci ildə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.
 O qeyd edib ki, əgər dövlətimiz məsləhət görərsə, millət vəkilliyinə öz namizədliyini verəcək:
“Hər kəs öz sənətinin millət vəkilidir. Biz də neçə illərdir ki, hörmətli millət vəkillərimizlə birlikdə dövlət tədbirlərində iştirak edirik. Əgər biz həmin tədbirlərdə özümüzü doğrultmasaydıq, millət vəkilləri bizi həmin yerlərə aparmazdılar. Mən xarici ölkələrdəki konsertlərimdən sonra səfirliklər tərəfindən deputatlığa namizədliyimi verməyimlə bağlı bir çox təkliflər alıram. Səfirliklərdən bildirirlər ki, mən millət vəkili və diplomat xanımam. Tək başına apardığım konsertlərimdə də Azərbaycanın, Qarabağın tarixindən bəhs edən kitabları Avropada yaymışam. Hər zaman konsertlərə gedəndə özümlə bərabər çoxlu kitablar aparıram. Həmin kitablarda isə Azərbaycanın musiqisi, incəsənətindən bəhs olunur. Bədxah qonşularımızın bizim başımıza gətirdikləri faciələrdən bəhs edən kitablarını da xarici ölkə vətəndaşlarına paylamışam”.
Müğənni bildirib ki, bəzi icra başçıları ona millət vəkili olmağı təklif edirlər.
“Rayon icra başçıları isə deyirlər ki, həmin bölgədən millət vəkili olsam, mənimlə fəxr edəcəklər. Mən insanlarla dil tapmağı çox gözəl bacarıram. Arif Məlikov da uzun illər millət vəkili olub. Dəyərli sənətkarımız Zeynəb Xanlarova da millət vəkilidir. Əgər dövlətimiz məsləhət görərsə, mən də millət vəkilliyinə öz namizədliyimi verəcəyəm. Niyə də olmasın ki? Mən bunu özümə şan-şöhrət deyil, borc bilərəm. Bakının kəndlərinə baxdıqca fəxr edirəm. Kəndlərimiz avropalaşıb”.
Əməkdar artist qeyd edib ki, seçkilər zamanı onun seçilmə ehtimalı daha çoxdur. Çünki, bölgələrdə hər kəs onu sevir:
“İnanıram ki,deputat seçilmə ehtimalım  yüksəkdir. Neçə illərdir ki, mən Azərbaycanın rayonlarını qarış-qarış gəzib, istedad sorağına çıxmışam. Rayonlarda yaşayan xalqımızın mənə qarşı olan istək və rəğbətini görmüşəm. Özümü xalqımızın və dövlətimizin yolunda xidmət etməyə nizamlamışam. Xaricdən isə mənə təkliflər gəlir ki, gedib orada yaşayım. Mən xalqımızı, vətənimizi və dövlət başçımızı sevdiyim üçün başqa ölkədə yaşamağı da özümə rəva bilmirəm”.
Azadliq.az

3 Yorum

  1. ZZ 22/12/2014

    Gör ne güne qalmışıq bizi temsil edənə bax.Gözəl siyasetdir indi belələrinin dövranıdır elbette kresloda belələri oturmalıdır layiqli adam otura bilmez axı OLMAZ!

  2. Akademik 23/12/2014

    Əsil millət vəkili elə sən olmalısan. Belə millətin vəkili də sənin kimi olmalıdır. Sən o heyvanxanadakı konsertini də məclisdə təkrarlarsan.

  3. Asif Vahid Nuri 31/01/2015

    Vaay, vaay günümüzə bax bu da vəkil olacaq. Yəqin Milli Məclisdə fasilə zamanı oxuyacaq, ya da heyvanların hüquqularının müdafiəsi komitəsinin sədri olacaq.

Yorumlar kapatıldı.

Bəstəkar müğənni Elza Seyidcahan deputatlığa namizədliyini verəcək