İçeriğe geçmek için "Enter"a basın

Quba meşə yanğını təhlükəsi: əraziyə FHN əməkdaşları cəlb edilib

31-07-2015


31.07.2015 / 17:10 xeber –

Bu gün Quba rayonunun Pirvahid adlanan ərazisindəki pay torpaqlarında yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-in yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar.

 

Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir. 

mənbə :
lent.az

Quba meşe yanğını tehlükesi: eraziye FHN emekdaşları celb edilib