İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda yeni futbol klubu yaradıldı

31-07-2015


31.07.2015 / 17:17 xeber –

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK)  fövqəladə iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda klublarla bağlı qərarlar qəbul olunub.

 

Peşəkar Futbol Liqasının müraciətinə baxan İK “Rəvan”ın 2015/16-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakını müsbət dəyərləndirib. Bununla, paytaxt təmsilçisinin yarışda iştirakı rəsmiləşib.

 

İclasda üç klubun – “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin, “Turan Tovuz  Peşəkar Futbol Klubu” İctimai Birliyinin, həmçinin yeni “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə AFFA-nın da təsisçi qismində iştirakının təmin edilməsinə qərar verilib.

 

Komitə üzvləri 2016/17-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edib.

mənbə :
lent.az

Azerbaycanda yeni futbol klubu yaradıldı