İçeriğe geçmek için "Enter"a basın

Qubada şiddətli yanğın başladı

31-07-2015

17:25 xeber – Bu gün saat 16 radələrində Qubada əhalinin pay torpaqlarında qurumuş kol-kos və biçilmiş taxıl zəmiləri yanmağa başlayıb. Rayonun Pirvahid kəndi ərazisində başlayan yanğının meşəyə yaxınlaşdığı bildirilir.

ANS PRESS- in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, yanğın baş verən əraziyə Fövqaladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə İdarəsinin bütün yanğınsöndürən avtomobilləri və çox sayda şəxsi heyəti cəlb edillib.

Lakin alov şiddətli olduğu üçün Şabran Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və şəxsi heyəti də hadisə yerinə çağırılıb.

Yanğın baş verən əraziyə Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov da gəlib.

Hazırda alovun ram edilməsi istiqamətində işlər aparılır.

Son günlər baş verən yanğınların sayı artıb. Dünən Cəlilabadda 70 hektar meşə sahəsi yanmışdı.

Üç gün əvvəl isə Xızıda Diləzər yaylağı yanmışdı.

Fövqaladə Hallar Nazirliyinin də 2015- ci ilin birinci yarısındakı yanğınlarla bağlı statistikasında da keçən ilə nisbətən yanğınlarının sayı artdığı görünür.

mənbə :
anspress

Qubada şiddetli yanğın başladı