İçeriğe geçmek için "Enter"a basın

Dəhşətli qəza: içində 11 nəfər olan maşın körpüdən aşdı

31-07-2015


31.07.2015 / 17:32 xeber –

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

 

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

 

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

 

Samux rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, qəzanın baş verdiyi ərazinin Gəncə şəhərinə və ya Samux rayonuna aid olması hələlik dəqiq deyil.

 

mənbə :
lent.az

Bir yorum

  1. samuxlu gulcin 01/08/2015

    bu qeza anindaki kisiler bizim qonsumuzdur

Yorumlar kapatıldı.

Dehşetli qeza: içinde 11 nefer olan maşın körpüden aşdı