İçeriğe geçmek için "Enter"a basın

Stəkan yeyən Ağstafa sakini: "Büllur turş dadır"

31-07-2015


31.07.2015 / 17:47 xeber –

Ağstafanın Tatlı kənd sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir. Söhbət rayonun 49 yaşlı Bəxtiyar Qurbanovdan gedir. O, nə az nə çox – düz 33 ildir ki, şüşə yeyir.

"Ginnesin Rekordlar Kitabına düşə bilərəm. Ola bilsin, çox adam şüşə yeyir. Ancaq nə qədər yemək məsələsi var" – deyən Bəxtiyar Qurbanovun sözlərinə görə, bu bacarığı Qazaxıstanda olarkən ortaya çıxıb: "Təxminən 200-300 kq şüşə yemiş olaram. 1989-cu ildə Krasnoyarsk şəhərindəki çıxışımda "şampanski" şüşəsini yemişəm. Şüşəni qapaqlı, məftilli yemişəm".

 

Bəxtiyar Qurbanov şüşə, saxsı qablar, müxtəlif metal əşyalar yediyini bildirir. O, çay stəkanını iştahla yeyir. Şüşə və müxtəlif materiallar onun səhhətində hər hansı problem yaratmayıb: "Mədəmdə bir problemim yoxdur. Təhlükəli ola bilər, ancaq mədəmdən şikayətim yoxdur".

 

Bəxtiyar Qurbanov hər bir materialın müəyyən dada malik olduğunu deyir. Onun üçün ən dadlısı isə büllurdur: "Daş olsun, ya büllur – heç birinin dadı yoxdur. Bir dənə büllur turş dadır".

 

Bu qeyri-adi hadisə hər kəsin marağına səbəb olur. Amma Bəxtiyar Qurbanov heç kəsə şüşə yeməyi məsləhət görmür və kimsənin də onun etdiklərini təkrar etməməyi çağırır.

 

mənbə :
lent.az

Stekan yeyen Ağstafa sakini: "Büllur turş dadır"