İçeriğe geçmek için "Enter"a basın

Zakir Həsənov Moskvaya getdi

31-07-2015

18:05 xeber – İyulun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

Rusiya paytaxtı Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Silahlı Qüvvələrinin birinci hərbi-idman oyunları keçirilir. Bu barədə Rusiya Federasiyası Silahlı Qüvvələrinin fiziki hazırlıq idarəsinin rəisi Oleq Bosman bildirib.

http://i072.radikal.ru/1507/57/0b3fe649abfe.jpg
Müdafiə naziri general-polkovnik Zakir Həsənov

O jurnalistlərə deyib ki, MDB dövlətlərinin Müdafiə Nazirləri Şurası ilk dəfə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley mərasimində belə yarışların keçirilməsi haqqında qərar qəbul edib. İndiyədək hərbi-idman oyunlarında iştirak barədə 6 ölkə – Qazaxıstan, Belarus, Qırğızıstan, Ermənistan, Tacikistan və Rusiya razılıq verib. Gözlənilir ki, yarışlarda təqribən 300 hərbçi iştirak edəcək.

Milli ordular Moskvada yarışacaq

mənbə :
anspress

Zakir Hesenov Moskvaya getdi