İçeriğe geçmek için "Enter"a basın

Donetsdə təmas xəttində gərginlik: ölənlər var

31-07-2015

18:20 xeber – Ukraynanın şərq vilayəti Doentskdə hökumət qüvvələri ilə rusiyapərəst üsyançılar arasında atışmalar olub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, atışma nəticəsində 2 dinc sakin öldürülüb, 6 nəfər yaralanıb. Yaralılar arasında azyaşlı uşaqlar da var. ATƏT müşahidəçiləri qarşıdurmalar nəticəsində dağıdılan evlərə baş çəkiblər.

Sakinlərin iddialarına görə, hücumlar iriçaplı silahlarla Dzerjinsk şəhəri tərəfdən edilib. Dzerjinsk şəhəri hazırda Ukrayna hərbi qüvvələrinin nəzarəti altındadır. Qorlovkanın Dzerjinsk şəhərinə cavabı da gec olmayıb. Dzerjinskə atılan mərmilər 3 nəfərin ölümünə səbəb olub.

Belarusun paytaxtı Minskdə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, üsyançılarla təmas xəttində tez-tez gərginliklər yaşanır. Ukraynada keçən ilin aprel ayından başlayan münaqişələrdə 6500-dən çox insan öldürülüb.

Rusiyanın Krımı birləşdirməsi, eyni zamanda, Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının Moskvaya qarşı sanksiyalar tədbiq etməsinə səbəb olub.

mənbə :
anspress

Donetsde temas xettinde gerginlik: ölenler var