İçeriğe geçmek için "Enter"a basın

Çay evində söyüşə görə dostunu bıçaqlayan şəxsə 7 İL HƏBS

31-07-2015


31.07.2015 / 18:29 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xırdalanda yerləşən çay evində bıçaqlanma hadisəsi törədən Bahadur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Bahadur Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki,  Bahadur Əliyev aralarında yaranan mübahisə zəminində  tanışı Ruspeykor Orxan Rüfət oğluna bıçaq zərbəsi yetirərək hadisə yerindən qaçıb. Polisin araşdırmalarından sonra saxlanan Bahadur Əliyev törətdiyi cinayəti etiraf edib. O ilkin ifadəsi zamanı hadisə baş verən gün çay evinə gedərək Orxanla söhbət etmək istədiyini, ancaq Orxanın yanında olan dostlarının söhbət etmələrinə mane olduğunu bildirib. Daha sonra çay evində Bahadurla Orxan arasında dava düşüb və Orxan onun ünvanına nalayiq ifadələr işlədib.  Təhqirlərə dözə bilməyən Bahadur Orxana 3 bıçaq zərbəsi yetirib. 

mənbə :
lent.az

Çay evinde söyüşe göre dostunu bıçaqlayan şexse 7 İL HƏBS