İçeriğe geçmek için "Enter"a basın

Dəhşətli qəza: maşın körpüdən aşdı: 5 ölü, 6 yaralı - YENİLƏNİB

31-07-2015


31.07.2015 / 18:42 xeber –

Qəzada ölən və xəsarət alanların kimliyi məlum olub

 

 

 

Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

 

Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

 

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib:

 

Ölənlər şəxslər bunlardır:

 

Zöhrab Məmmədov (sürücü)

Maral İsmayılova

Hicran İsmayılova

Kafya İsmayılova

Məleykə Həsənova (azyaşlı)

 

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

 

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir. 

**

18:02

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.

 

APA-nın Gəncə bürosunun məlumatına görə, "VAZ-2106" markalı, 51-BE-826 markalı avtomobil Gəncə çayının üzərindəki körpüdən aşıb.

 

Avtomobildə olan 11 nəfərdən 3-ü hadisə yerində ölüb, digərləri xəsarət alıb. Onlardan 1 azyaşlı Gəncə şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. 7 nəfər isə Gəncə Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Qeyd edək ki, hazırda Gəncə çayının suyu quruyub.

 

***

17:32

 

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.

 

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

 

Samux rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, qəzanın baş verdiyi ərazinin Gəncə şəhərinə və ya Samux rayonuna aid olması hələlik dəqiq deyil.

 

mənbə :
lent.az

Dehşetli qeza: maşın körpüden aşdı: 5 ölü, 6 yaralı – YENİLƏNİB